az  en  ru

HAQQIMIZDA

«AzQar Telekommunikasiya» MMC «JVC Kenwood Corporation» rabitə məhsullarının Azərbaycan Respublikasında səlahiyyətli distribyutorudur.

 

Şirkət Azərbaycan rabitə bazarında fəaliyyətini 2003-cü ildən başlayaraq Azərbaycanın dövlət və kommersiya strukturlarını yüksək keyfiyyətli və etibarlı radiorabitə ilə təmin edir.

 

«JVC Kenwood» səlahiyyətli distribyutorunuz olaraq, «AzQar Telekommunikasiya» MMC Sizi Kenwood əldə daşınan, mobil, baza radiostansiyaları, təkrarlayıcıları və onların bütün aksesuarlarını ilə Sizə təqdim edə bilər. Biz həm sadə radiostansiyaları, həm də qabaqcıl rəqəmsal trankinq radio rabitə şəbəkə sistemlərinin hərtərəfli seçimini və tətbiqini təklif edirik. Qürur hissi ilə bildiririk ki, biz Cənubi Qafqazda ilk çoxsaytlı «Kenwood Nexdge» trankinq rəqəmsal radio rabitə sistemini istifadəyə vermişik.

Biz Sizin rabitə tələblərinizə nəzarə alaraq, Sizə ən əlverişli radio rabitə avadanlığı təklif edəcəyik. Avadanlıq istehsalçıları ilə bizim sıx əlaqələrin olması ən yaxşı qiymətləri və dünya standartlarına uyğun yüksək səviyyədə zəmanət və texniki xidmət təklif etməyə imkan verir.

 

İstehsalçı şirkətlər ilə birbaşa əlaqələnin olması müştərilərə ən əlverişli qiymətlə və yüksək səviyyəli zəmanətlə avadanlıqların təklif olunmasına və dünya standartlarına uyğun olan texniki dəstək ilə təmin olunmasına imkan yaradır.

 

Satışdan əvvəl və sonra göstərilən quraşdırma, xidmət və dəstək müştərilərin tam funksional sistemlə təmin olunmasının əsas meyarlarıdır. Biz müasir, dəyərləndirici və dəstəkləyici avanadlıqla quraşdırılmış xidmət mərkəzimiz ilə fəxr edirik. İstismarda real təcrübələri olduğu üçün Sizə xidmət göstərən işçilərimiz qabiliyyətli və texniki sahədə məlumatlıdırlar.

 

Təchiz edilən bütün avadanlıqlar Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq keyfiyyət və uyğunluq sertifikatlarına malikdir.